“Əsarətdən cəsarətə”

 

Narkomaniyanın acı fəsadlarından bəhs edən tamaşa

 

Qusar rayon İncəsənət məktəbində “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə reallaşan layihə çərçivəsində “Əsarətdən cəsarətə” adlı teatr tamaşası səhnələşdirilib.

Cəmiyyətdə insanların sağlamlığı, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ təsir göstərən, cinayətlərin artmasına gətirib çıxaran narkomaniya ilə mübarizə dövrün ən aktual problemlərindən biridir. Tamaşanın göstərilməsində məqsəd narkotikdən istifadənin acı nəticəsini, narkomaniya ilə mübarizənin formalarını obrazlı şəkildə təqdim etməkdir.

Tamaşadan öncə ictimai birliyin rəhbəri Fəridə Əliyeva çıxış edərək layihə barədə məlumat verib.

Sonra Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları “Əsarətdən cəsarətə” adlı tamaşanı göstəriblər. Tamaşanı kitabxanaçılar, mədəniyyət işçiləri, müxtəlif müəssisələrin əməkdaşları, şəhər sakinləri izləyiblər.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 9.