Niyazinin yaradıcılığında kino musiqisi

 

XX əsr Azərbaycan musiqi mədəniyyətindən söz açarkən, qüdrətli dirijor və bəstəkar, Hacıbəyovlar nəslinin ən parlaq nümayəndələrindən biri Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun – hamının qısaca Maestro adlandırdığı böyük şəxsiyyətin adı ön sıralarda çəkilir.

Dmitri Şostakoviçin sərrast ifadəsi ilə desək: “Niyazinin hər bir işdə bərq vuran istedadı ona yaradıcılığının bütün istiqamətlərində öz tutarlı sözünü deməyə, silinməz iz qoymağa gözəl imkan yaratmışdır”.

Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində  yaranmış yeni əsərlərin geniş təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Bir bəstəkar kimiNiyazinin yaradıcılığı səmərəli olmuşdur. O, Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələri sırasında simfonik janra müraciət etmiş və Azərbaycan simfonizminin inkişafı prosesində mühüm rol oynayan əsərlər yazmışdır. OnunXosrovŞirin” operası, “Rastsimfonik muğamı, “Çitrabaletionlarla irili-xırdalı əsəri musiqi xəzinəmizin dəyərli inciləridir.

Musiqi filmin ən mühüm komponentlərindən biridir. Personajların, hadisələrin, zaman məkanın xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. Musiqiyə tələbat kinonun yarandığı ilk illərdə meydana gəlmişdi. Azərbaycanda kinematoqrafçıların keçdiyi yol çox çətin   mürəkkəb olmuşdur. Kino musiqisi isə bəstəkar yaradıcılığında böyük rol oynayır.

Görkəmli bəstəkarımız Qara Qarayev deyirdi: “Mən kino sahəsində çalışmayan bəstəkar təsəvvür etmirəm. Çünki kino öz xarakterinə görə böyük bəstəkarlıq məktəbidir”.

Niyazinin imzası olan musiqili ekran əsərləri cəsarətli yaradıcılıq axtarışları ilə səciyyəvidir. O, haqlı olaraq Azərbaycan kino musiqisinin ilk təşəbbüsçülərindən sayılır.

30-cu illərdə Niyazi kino musiqisi sahəsində fəal çıxış edir. Onun atası Zülfüqar Hacıbəyovla birlikdə C.Cabbarlının eyniadlı dramının ssenarisi əsasında çəkilənAlmazfilmi (1936) üçün yazdıqları musiqi əsasən tətbiqi rol oynayır. Əslində, “Almazmilli kinomuzun sonuncu səssiz filmi kimi tarixə düşmüşdür. Burada aktyorlar danışmırlar. Dialoqlar yazılar vasitəsilə, titrlərlə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir bu müşayiət, əvvəllər olduğu kimi, zaldan canlı ifa ilə deyildi. Bəstəkarların xalq musiqisindən bəhrələnərək yazdıqları professional musiqi filmdə cərəyan edən hadisələrin bədii cəhətdən tamamlanmasında zənginləşməsində böyük rol oynamışdır.

1936-cı ildə NiyaziTürk qadınının baharısənədli filminə musiqi bəstələyir. Bu Azərbaycan qadınına həsr olunmuş ilk kinooçerk bəstəkar Niyazinin sənədli kinoda ilk işi idi. Təəssüf ki, həmin film saxlanılmamışdır.

30-cu illərin ikinci yarısından sonra Sovet İttifaqının bütün kinostudiyalarında, o cümlədən Azərbaycanda tarixi-inqilabi filmlərin istehsalına diqqət daha da artdı. Bu filmlərdə çar Rusiyasının əsarəti altında yaşayan xalqların milli azadlıq mübarizəsi, rus proletariatı ilə dostluğu tərənnüm edilirdi. İnqilab adamlarının konkret təsviri, insanları qurub-yaratmağa səsləyən nümunəvi qəhrəmanların, xarakterlərin yaradılması kino sənətkarları qarşısında duran əsas problemlərdən idi.  Belə bir vaxtda «Azərfilm» kinostudiyasındaBakılılar” (1938) Kəndlilər” (1939) filmlərinin ekrana çıxması Azərbaycan kino tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi.

Kəndlilərfilminin müvəffəqiyyətli çıxmasında, başda rejissor Səməd Mərdanov olmaqla, yaradıcı kollektivin, o cümlədən bəstəkar Niyazinin əməyi böyük idi. Onların hamısı film üzərində ilham ruh yüksəkliyi ilə işləmişdilər. Üzərindən 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq, kinematoqrafiyamızınqızıl fond”una daxil edilmiş film kino mütəxəssislərinin tamaşaçıların rəğbətini qazanmışdır.

Niyazinin filmoqrafiyasına daxil olanYeni horizont” (1940), “Fətəli xan” (1947), “Mahnı belə yaranır” (1957) bədii filmləri, Q.Qarayev C.Hacıyevlə birgə işi olan “On birlərdən biri” (1938) sənədli filmi, “İyirminci bahar” (1940), “Xalqın səsi”, “Arazın o tayında” (1947), “Doğma xalqıma” (1955) sənədli filmlərinə yazdığı musiqi bəstəkarın yaradıcılığının qiymətli nümunələri olmuşdur.

Niyazinin mənzil-muzeyinin fondlarında onunAlmaz”, “Kəndlilər”, “Fətəli xanfilmlərinə yazdığı musiqilərin not əlyazmaları mühafizə olunur.

Maestronun adına onlarla bədii, sənədli filmlərin titrlərində dirijor kimi rast gəlirik. OnunBir məhəllədən iki nəfər”, “Bir qalanın sirri”, “Əsl dost”, “Kölgələr sürünür”, “Uzaq sahillərdə”, “O qızı tapın”, “Matteo Falkone”, “Sehrli xalat sair filmlərdə simfonik orkestrlə dirijor ifası yaddaqalan olmuşdur.

1945-ci ildə ekranlara çıxan az bir zamanda dünya şöhrəti qazanmışArşın  mal alanfilmində Niyazinin əməyi olmuşdur. O, filmin musiqi redaktoru olmuş, Üzeyir HacıbəylininArşın mal alanmusiqili komediyasının film üçün musiqi redaksiyasını instrumentovkalarını yazmışdır.

1983-cü 2007-ci illərdə istehsal olunan “Maestro Niyazisənədli televiziya filmləri, 2014-cü ildəDebütstudiyasının istehsalı olanRast. Niyazisənədli filmi sənətkarın həyat yaradıcılıq yolunu əks etdirən kino nümunələridir. Bu filmlərdə bir daha şahid oluruq ki, Niyazi özünün bütün nadir istedadını, təkraredilməz mənəvi gücünü, qəlbinin hərarətini musiqiyə həsr edir. O özü musiqi mücəssəməsidir, o, musiqidə müqəddəs, son dərəcə gözəl, ülvi sirlər açır bunları səxavətlə insanlara bəxş edir.

 

Rza BAYRAMOV

Niyazinin mənzil-muzeyinin direktoru

 

Xanım ABDİNOVA

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 12.