Aşıq Hüseyn Bozalqanlının 155 illik yubileyi tamam olur

 

Qırxlar piri özü verib dərsimi,

Şair cərgəsində sana düşmüşəm.

Arif məclisində, alim yanında,

Neçə dəfə imtahana düşmüşəm.

 

Bu misraların müəllifi, saz-söz sənətimizin görkəmli nümayəndəsi, dastançı Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 155 ili tamam olur. Aşıq ədəbiyyatının dərin bilicisi olan sənətkar 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində dünyaya gəlib.

Aşıq Hüseyn Bozalqanlının aşıq ədəbiyyatının sənətinin yaşadılmasında misilsiz xidmətləri var. Onun irsi tədqiqatçılar tərəfindən öyrənilmiş bu gün öyrənilməkdədir. Bu il aşığın ikicildliyi çap olunmuşdur.

Məşhur alimlər, şair yazıçılar V.Xuluflu, S.Mümtaz, H.Əlizadə, S.Vurğun, O.Sarıvəlli, C.Xəndan, M.İbrahimov dövrün digər qabaqcıl ziyalıları aşıqla sıx ünsiyyət saxlamışlar. Vəli XulufluKoroğludastanının bir neçə qolunu Aşıq Hüseyn Bozalqanlının dilindən yazıya köçürmüşdür.

Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağıdastanlarının yaradıcısıdır. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb. O, müasirləriAşıq Ələsgər, Xəyyat Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf Əlimərdanlı başqaları ilə deyişib.

Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib.

 

Mahmud ƏYYUBLU

Azərbaycan Aşıqlar Birliyinin üzvü

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 12.