Ədəbiyyatımıza tükənməz sevgi

 

XX əsrin əvvəllərində bir sıra ziyalı və ədiblərimiz mədəniyyət və ədəbiyyatın inkişafını Avropanın mütərəqqi ənənələrinə yiyələnməkdə görürdülər. Onların arasında istedadlı ədəbiyyatşünas, jurnalist, tərcüməçi Abdulla Surun adı xüsusi hörmətlə yad olunur.

Mirzə Abdulla Məhəmmədzadə Tofiq (Abdulla Sur) 1883-cü ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini şəhərdəki Xeyriyyə məktəbində alır, dünyəvi elmlərlə yanaşı, ərəb və fars dillərini də öyrənir. Gənc yaşlarından təhsil aldığı məktəbdə müəllimlik edir.

Ədəbi yaradıcılıqla da məşğul olan Abdulla Sur dövri mətbuatda müntəzəm çıxışlar edir. İlk məqaləsi 1903-cü ildə Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində dərc olunur. Həmin il qəzetin baş redaktoru Məhəmməd ağa Şahtaxtlının dəvəti ilə Tiflisə gedir, yazılarını burada dərc etdirir. “Şərqi-Rus” qəzeti bağlandıqdan sonra Gəncəyə qayıdır, müəllimlik fəaliyyətini davam etdirir. Eyni zamanda “Həyat” və “İrşad” qəzetlərində ədəbiyyat və mədəniyyət mövzularında sanballı məqalələrlə çıxış edir. “İrşad” qəzetində dərc olunan “Əski İstanbul xanımları” (1906) adlı məqaləsi geniş əks-səda doğurur. Müəllif qadınların cəmiyyətdə rolundan bəhs edərək yazır: “Avropalı millətlərdən ibrət almaq onları təqlid kimi başa düşülməməlidir. Yəni türklər öz adət-ənənələrinə hörmət etməklə yanaşı, müasirləşməyə də biganə qalmamalıdır. Çünki elə bir zaman gəlmişdir ki, onunla  ayaqlaşmayan millətlər başqa millətlərin arasında əriyib yox olur”.

Abdulla Sur 1906-cı ildə İstanbula gedir. İki il yarım orada yaşayaraq İstanbul Universitetində ədəbiyyat müəllimi işləyir. Türk qəzetlərində məqalələr dərc etdirir. Ən maraqlı əsəri olanTürk ədəbiyyatına bir baxışkitabını yazır. O, Osmanlı ədəbiyyatı haqda da araşdırmalar aparır. İbrahim ŞinasininŞairin evlənməsiəsərini Azərbaycan dilinə tərcümə edir.

Ülviyyə Tahirqızı araşdırmasında yazır ki, Abdulla Sur Türkiyədən qayıtdıqdan sonra qəlbində vətəninin mədəniyyət həyatına böyük qayğı hissi baş qaldırır. 1910-cu ildə GəncədəƏdəbiyyat sənətcəmiyyətini yaradır. Məqsədi istedadlı gəncləri üzə çıxarmaq təhsillərinə kömək etmək idi. Cəmiyyət tərəfindən yeni ədəbiyyat sənət əsərlərini ortaya çıxarmaq məqsədilə müsabiqələr təşkil edilir. Eyni zamanda klassik, çağdaş Azərbaycan Osmanlı türk ədəbiyyatının problemləri ilə davamlı şəkildə məşğul olur. Dil üslubun sadəliyinə böyük önəm verir. Buna görə o, əsərlərini ərəb, fars türk dillərinin sintezindən ibarət bir səpkidə yazan Əbdülhəq Hamid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair yazıçıların yaradıcılığını tənqid edir.

Müəllif bir məqaləsində bildirir ki, müsəlman dünyasının inkişafı üçün ilk növbədə valideynin uşaqlara, kişilərin qadınlara münasibəti dəyişməlidir. Avropada olduğu kimi, müsəlman dünyasında da uşaqları qorxutmaqla deyil, qayğı ilə tərbiyə etmək lazımdır... Bu kimi mühüm amillər islam dinində var. O, “Hər gün küçələrdə görürük” (1906) məqaləsində yazır: “Artıq müsəlmanlar uşaqlarına zülm verməkdən əl çəkib onları dünyəvi məktəblərə qoymalıdır. Yalnız bu halda müsəlman uşaqları da başqa millətlərin uşaqları kimi elm tərbiyə sahibi ola bilərlər”.

Onu da deyək ki, görkəmli ədəbiyyatşünas, maarifçi Firidun bəy Köçərli xatirələrindəAzərbaycan türklərinin ədəbiyyatıkitabının ərsəyə gəlməsində Abdulla Surun böyük əməyinin olduğunu qeyd edib: “Şəxsən biz mərhum Mirzə AbdullayaAzərbaycan türklərinin ədəbiyyatıəsərimizə Gəncə şair yazıçılarının tərcümeyi-halı əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş tapşırıqlarımızı həvəslə yerinə yetirərdi”.

Abdulla Sur 30 yaşında qəflətən xəstələnir. Onu müalicə üçün Tiflisə aparsalar da, dərdinə çarə tapılmır. 8 may 1912-ci ildə Tiflisdə vəfat edən ədəbiyyatşünas GəncəninSəbiskarqəbiristanlığında dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 15.