“Qoşa ruhlar” filminin
təqdimatı
Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı layihəsi çərçivəsində çəkilmiş sənədli-bədii filmin təqdimatı olub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş filmin rejissoru Etibar Məmmədov, layihə rəhbəri isə Aybəniz Qafarovadır.
Bildirilib ki, filmin bir hissəsi 1961-ci ildə Gəncədə doğulan və 1992-ci ildə Qarabağda gedən döyüşlərdə həlak olan şəhid-şair Aydın Salmanovdan bəhs edir.
Filmin ikinci
hissəsində isə 2016-cı ilin
aprelində gedən döyüşlər zamanı həlak olan şair-müəllim Mikayıl Vahabzadədən
söhbət açılır. Mikayıl Vahabzadə
1993-cü ildə İsmayıllı rayonunun
Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini
bitirib. 2015-ci ildə hərbi xidmətə
gedib. M.Vahabzadə ölümündən
sonra “Döyüşdə fərqlənməyə
görə” medalı ilə təltif edilib.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.7.