III Dünya
Köçəri Oyunlarında ölkəmiz geniş
heyətlə iştirak edəcək
Sentyabr ayının 2-dən 8-dək İssık-Kul gölünün sahilində keçiriləcək III Dünya Köçəri Oyunlarında Azərbaycan geniş heyətlə təmsil olunacaq. Bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşdə bildirib.
Səfir I və II Dünya Köçəri Oyunlarında ölkəmizdən çoxsaylı idmançı və görkəmli mədəniyyət xadimlərinin iştirak etdiyini xatırladıb.
“İki ölkə arasında son illərdə humanitar sahədə əməkdaşlıq üzrə çox işlər görülüb. Həm Bişkekdə, həm də Bakıda mühüm mədəniyyət tədbirləri keçirilib. Azərbaycanın görkəmli mədəniyyət xadimləri Üzeyir Hacıbəylinin, Rəşid Behbudovun, Qara Qarayevin, Mir Cəlal Paşayevin, Anarın yubileyləri və digər mədəniyyət tədbirləri Qırğızıstanda yüksək səviyyədə təşkil edilib. Bu tədbirlər Qırğızıstan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”, - deyə diplomat vurğulayıb.
Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun ölkəmizdə çox sevildiyini qeyd edən səfir deyib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə yazıçının 80 və 85 illik yubileyləri yüksək səviyyədə keçirilib, bu il də yazıçının 90 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunacaq.
D.Sıdıkov Azərbaycan və
qırğız xalqları arasında tarixi
bağlılığın olduğunu qeyd edərək bildirib ki, biz hər zaman və hər yerdə bir-birimizi
müdafiə etməliyik. O, sentyabrın 3-də
Qırğızıstanda Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) VI Sammitinin
keçiriləcəyini xatırladaraq bu
tədbirin qardaş türk
dövlətləri arasında münasibətlərin
inkişafı üçün yeni mərhələnin
başlanğıcı olacağına ümid
etdiyini vurğulayıb.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.6.