Türk dünyası sənədli filmlər festivalı
Festivalın münsiflər heyətinə
azərbaycanlı kinorejissor
rəhbərlik edəcək
Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev
III Türk Dünyası
Sənədli Filmlər
Festivalının münsiflər
heyətinə rəhbərlik
edəcək.
Türk Dünyası Qəzetçilər
Federasiyasının təşkilatçılığı
ilə keçirilən
festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli
mənəvi dəyərlərini
tanıtmaq və dünyaya təqdim etməkdir.
İlk dəfə
2016-cı ildə təşkil
edilən festivala “5 ölkə, 7 şəhər,
1 festival” devizi ilə
start verilib. Ötən il festivalın
əhatə dairəsi
bir qədər genişlənərək 6 ölkəyə
və 13 şəhərə
çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin
iştirakı nəzərdə
tutulur və artıq film seçimi başlayıb.
Festival
2018-ci il oktyabrın 2-dən noyabrın
10-dək davam edəcək.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.6.