Əyləncə mərkəzində
uşaqların istirahəti təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələri sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub.
Qurban bayramı münasibətilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə
açılışı keçirilən baxımsız,
kimsəsiz və sosial təhlükəli
vəziyyətdə olan yetkinlik
yaşına çatmayanlar üçün Sosial
sığınacaq və reabilitasiya
müəssisəsi ölkəmizdə hər bir
uşağın dövlətin qayğısı ilə
əhatə olunduğunu təsdiq edir. Müəssisədəki uşaqlar
stasionar şəraitdə reabilitasiya
məqsədli sosial xidmətlərlə
təmin edilir, onların digər həmyaşıdları
kimi normal həyat tərzi
üçün məqsədyönlü
reabilitasiya işləri aparılır. Eyni zamanda, Heydər Əliyev Fondunun
“Uşaq evləri və internat
məktəblərinin inkişafı” proqramı çərçivəsində
sağlamlıq imkanları məhdud uşaqlar
üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində
müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Fondun layihəsi əsasında
yaradılan reabilitasiya müəssisəsində
hər il 400-dək uşağa
xidmət göstərilir. Sağlamlıq imkanları məhdud
uşaqların cəmiyyətə inteqrasiyası üçün humanitar aksiyalar həyata keçirilir.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.4.