Uşaqlar üçün
rəsm müsabiqəsi davam edir
Xəbər verdiyimiz kimi, Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim – 2018” adlı respublika uşaq rəsm müsabiqəsinə start verilib.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirilən müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.
İştirak etmək istəyənlər əl işinin
fotosu ilə bərabər ad
və soyad, təvəllüd, əlaqə
nömrəsi, oxuduğu məktəb və
ya təsviri sənətlə məşğul
olduğu tədris mərkəzinin
adını qeyd etməklə oktyabrın
20-dək Xətai Sənət Mərkəzinin
xsm.2016@mail.ru adlı elektron ünvanına göndərməlidir.
Müsabiqəyə 12-17 yaş arası uşaq və yeniyetmələr qatıla bilər.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.4.