Daşkənddəki universitetlərə
Azərbaycanla bağlı kitablar hədiyyə
edilib
“Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.
Kolleksiyaya Hüseynbala Mirələmov və Viktor Andriyanovun Daşkənddə özbək dilində çap edilən “Heydər Əliyev”, Xalq yazıçısı Elmira Axundovanın özbək dilində çap olunan “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabları, professor Əli Həsənovun “Geosiyasət”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və milli qırğın siyasəti, Xocalı faciəsi”, özbək tarixçisi Şuxrat Salamovun “Türkistan və Cənubi Qafqaz. Daşnaklar Fərqanədən Qarabağadək”, “Qarabağ. İdeyalar müharibəsi”, özbək yazıçı Abdulvali Saybnazarovun “Xocalıda ölən insanlıq”, həmçinin Nizami Gəncəvinin “Xəmsə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İsgəndərnamə”nin “İqbalnamə” hissəsi, Məhəmməd Füzulinin “Qəlb gövhəri”, Daşkənddə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı antologiyaları, Bəxtiyar Vahabzadə, Anar və başqa müəlliflərin kitabları, “Azərbaycanın mədəni irsi”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər daxildir.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə ölkəmizə dair özbək dilində çoxsaylı nəşrlər işıq üzü görüb.
Mədəniyyət mərkəzinin direktoru Samir Abbasovun məlumatına görə, Azərbaycannın
müxtəlif qurumlarından, xüsusilə də Mədəniyyət
Nazirliyindən Mədəniyyət Mərkəzinə göndərilən
nəşrlər də kolleksiyaya əlavə
edilir.
Mədəniyyət.- 2018.- 22
avqust.- S.9.