Bir il xəyallarda... və bütöv bir ömür

 

 

Ceyhun Hacıbəylinin memuarı çapdan çıxıb

 

Azərbaycan mühacirət ədəbi-elmi fikrinin görkəmli nümayəndəsi Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilib.

Memuar Xalq yazıçısı Elçinin ideya müəllifi və rəhbəri olduğu layihə çərçivəsində nəşr olunub. İyirmi doqquz yaşından Fransada mühacir həyatı yaşamağa məcbur olmuş Ceyhun Hacıbəylinin fransız dilində qələmə aldığı və öz sağlığında nəşr etdirə bilmədiyi “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı ənənəvi avtobioqrafik əsərlərdən, bizə bəlli xatirələrdən tam fərqli bir düşüncənin, maraqlı üslubun, yüksək intellektin bədii məhsuludur.

Əsəri fransızcadan Azərbaycan dilinə Mirzəbala Əmrahov tərcümə edib. Nəşrin redaktoruön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlıdır.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.9.