İlkOrfey”in Qran-pri mükafatı Qroznıda qaldı

 

 

 

Çeçenistan paytaxtında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş festival-müsabiqə keçirilib

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda “Orfey-2018” Beynəlxalq vokal ustalığı festival-müsabiqəsi keçirilib. İlk dəfə keçirilən sənət yarışması dünya şöhrətli sənətkar, Azərbaycanın SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunub. Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin metodiki maliyyə dəstəyi ilə Çeçenistanın Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

Avqustun 15-dən 18-dək davam etmiş müsabiqədə 18-35 yaşlı vokalçılar üç nominasiyada yarışıblar. 18-25 yaşlı solo vokal ifaçılığı, 25-36 yaşlı vokal ifaçılığı   ansambl vokal ifaçılığı kateqoriyalarında ümumilikdə 50-dən çox iştirakçı  Rusiya Federasiyasının müxtəlif milli respublikaları bölgələrinin təmsilçiləri, Belarus, Qazaxıstan Fransadan gəlmiş müğənnilər musiqi qrupları öz məharətini göstərib.

Müsabiqənin şərtlərinə görə, hər iştirakçı müsabiqə proqramında Müslüm Maqomayevin repertuarından bir mahnı ifa edib. Onların istedadını səhnə performansını Rusiya Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Moskva Humanitar Universitetinin Vokal sənəti kafedrasının müdiri, professor Sergey Şeremetin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirib. 

Müsabiqə qaliblərinin mükafatlandırılması onların iştirakı ilə qala-konsert isə böyük müğənninin doğum gününə həsr edilib. Qroznıdakı Dövlət teatr-konsert salonunda keçirilən təntənəli mərasimə Müslüm Maqomayev sənətinin pərəstişkarları, respublikanın mədəni ictimaiyyəti toplaşıb.

Çeçenistanın mədəniyyət naziri Xoj Baudi Daayev mərasimdə çıxış edərək bildirib ki, XX əsrin sənət əfsanəsi, görkəmli müğənni-bəstəkar Müslüm Maqomayevin vəfatından təxminən on il keçsə , onun xatirəsi yaşayır, mahnıları sevilir maestronun zəngin musiqi irsi sağlığındakı kimi populyardır.

Sonra “Orfey-2018” müsabiqəsi qaliblərinin adları açıqlanıb.

18-25 yaşlı vokalçılar arasında Roman Oqloblin (Belarus), Tatyana Belugina (Moskva) Yana Dyakova (Samara) 3-cü, Kayrat Şayxiyev (Həştərxan) 2-ci, Ayna İsayeva (Çeçenistan) Artyom Fyodorov (Sevastopol) 1-ci dərəcəli diploma “Orfey-2018” heykəlciyinə layiq görülüblər.

26-35 yaşlı vokalçılar arasında isə Oleq Volkov (Fransa), Batıx İlyasov (Qazaxıstan), Olesya Kojevnikova (Tatarıstan) 3-cü, İvan Nikolayev (Çuvaşiya) 2-ci dərəcəli diplomla mükafatlandırılıb. Ansambl nominasiyasında isəQulyay, duşaşou-qrupu İrina Lesnıx-Artur Muxametdinov (Saratov) dueti müvafiq olaraq 3-cü 1-ci dərəcəli diplomlara layiq görülüb.

SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Orfey-2018” müsabiqəsinin Qran-pri mükafatı Çeçenistanı təmsil edən gənc müğənni Deni Zubayrayevə verilib.

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.8.