Bakıda Peru rəssamlarının sərgisi açılacaq

 

 

 

Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi açılacaq.

Sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Sərgidə dörd perulu rəssamın əsərləri nümayiş olunacaq. Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraqqumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.4.