“Azərbaycan: klassiklər və müasirlər”
Mədəniyyətimizin MDB məkanında
təbliği layihəsi
Mərkəzi
ofisi Minsk şəhərində yerləşən MDB üzrə
Beynəlxalq ədəbiyyat və publisistika humanitar portalı
“Azərbaycan: klassiklər və müasirlər” adlı yeni
layihəyə start verib. Layihənin müəllifi Azərbaycan
yazıçısı Kamran Nəzirli bildirib ki, məqsəd
Azərbaycan ədəbiyyatının klassik və müasir
nümayəndələrinin
yaradıcılığını MDB məkanında yaymaq və
təbliğ etməkdir.
Layihə
Azərbaycanın məşhur yaradıcı ailələri
ilə bağlıdır. İnternet layihənin ilk səhifəsi
böyük şair Səməd Vurğun və onun
oğulları haqqındadır.
K.Nəzirli qeyd edir ki, tarixən formalaşan belə unikal ailələr dünya mədəniyyətinə onlarca alim, rəssam, musiqiçi, şair və nasir bağışlayıblar. Azərbaycanda da belə nümunələr çoxdur. Həsən bəy Zərdabi və onun həyat yoldaşı, Müslüm Maqomayev və onun nəvəsi, Üzeyir Hacıbəyli və qardaşları, Qara Qarayev və qardaşı, Fikrət Əmirov, atası və oğlu, Cəlil Məmmədquluzadə və həyat yoldaşı, Mir Cəlal Paşayev, oğulları və nəvələri, Mirzə İbrahimov və onun qızları, Rəsul Rza, həyat yoldaşı, oğlu və nəvəsi...
İlk məqalədə Səməd Vurğunun, Yusif və Vaqif Səmədoğlu qardaşlarının həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verilir, Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri və Vaqif Səmədoğlu yaradıcılığından nümunələr təqdim edilir.
K.Nəzirli bildirib ki, Azərbaycanın klassik
və müasir ədəbiyyatından
nümunələri həm rus, həm də
Belarus dilində təqdim etməyə
çalışacağıq. Amma bu, bir nəfərin işi deyil, tərcümə
ilə bağlı çətinliklər var,
materialların əksəriyyəti Azərbaycan dilindədir.
Mədəniyyət.-
2018.- 29 avqust.- S.4.