Bakıda Koreya mədəniyyətini
və dilini təbliğ edən institut yaradılıb
Bakı
Dövlət Universitetinin (BDU) nəzdində Bakı King Sejong
İnstitutu yaradılıb. Bununla bağlı Koreya
Respublikasının Kinq Sejonq İnstitutunun Fondu qərar qəbul
edib.
BDU-dan bildiriblər ki, Kinq Sejonq İnstitutu Koreya hökuməti tərəfindən 2005-ci ildə yaradılıb və dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərir. Əsas məqsədi Koreya dilinin və mədəniyyətinin tədrisi və yayılması, həmçinin müəllimlərin təhsil və informasiya xidməti ilə hərtərəfli inteqrasiya olunmalarına kömək göstərmək olan Kinq Sejonq İnstitutu Cənubi Qafqazda ilk dəfə Bakıda yaradılıb.
İnstitutun əməkdaşları koreyalı mütəxəssislərdir. Onlar, eyni zamanda BDU-nin Şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatının tədrisi prosesinə cəlb olunacaqlar.
İnstitutda dərslərin
sentyabrda başlanması nəzərdə
tutulur.
Mədəniyyət.-
2018.- 29 avqust.- S.5.