Sakramentoda Azərbaycan musiqisi axşamı

 

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin Müqəddəs Con Lüteran kilsəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Los-Ancelesdəki baş konsulluğumuzun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Kaliforniya paytaxtının ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Azərbaycan icmasının fəalı Şəbnəm Qafarova bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən məmnun olduğunu bildirib. O, ölkəmiz haqqında tədbir iştirakçılarına məlumat verərək, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun əməkdaşı Orxan Rüstəmli deyib ki, 100 il əvvəl müsəlman Şərqində ilk müstəqil respublika məhz Azərbaycanda yaranıb. Diplomat, həmçinin ölkəmizin zəngin mədəniyyəti və incəsənəti, xüsusilə Azərbaycan klassik musiqisi barədə danışaraq, Azərbaycanın müsəlman dünyasında ilk opera, operettabaletin vətəni olduğunu diqqətə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib. Azərbaycanlı vokalist Mərziyyə Hüseynova pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan Avropa bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib.

 

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.5.