Xətai Sənət Mərkəzində ustad dərsləri
“ASAN Könüllüləri” təşkilatı “Mədəniyyət carçısı” proqramı çərçivəsində Xətai Sənət Mərkəzi ilə birlikdə rəssamlıq üzrə ustad dərsləri keçirir.
Xətai Sənət Mərkəzindən bildirilib ki, ustad dərslərinin təşkilində məqsəd təsviri incəsənətə marağı artırmaq, bu sahədə həvəskarların qabiliyyətini stimullaşdırmaqdır.
“ASAN Könüllüləri” təşkilatının bir qrup üzvünə ustad dərslərini Xətai Sənət Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq rəsm yaradıcılıq studiyasının müəllimləri Əbdül Şərifov və Röya Əvəzova keçirlər. Dərslər iki ay davam edəcək.
Proqramın sonunda Xətai
Sənət Mərkəzində “Rəssamlıq hobbimdir” adlı sərginin təşkili nəzərdə
tutulub.
Mədəniyyət.-
2018.- 29 avqust.- S.6.