Gənc vokalçının növbəti solo konserti

 

 

Moskvada yaşayan həmvətənimiz, gənc vokalçı və gitaraçı Emil Qədirov oktyabrın 20-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində solo konsert proqramı ilə çıxış edəcək.

Emil Qədirov Rusiyanın mötəbər salonlarında konsertlər verib, Birinci kanalın “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olub. “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, romanslarestrada mahnıları daxildir.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.6.