Qubada mütaliə həftəsi

 

 

Quba rayon MKS-nin təşkilatçılığı ilə B.Səfəroğlu adına Mədəniyyət mərkəzinin qarşısında növbəti “Mütaliə həftəsi” layihəsinə start verilib.

Tədbirin açılışında çıxış edən MKS-nin direktoru Saməddin Nəsirov mütaliənin insan həyatında rolundan danışıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev dünyanın məşhur klassiklərinin əsərlərinin dilimizə tərcümə olunaraq nəşr edildiyini bildirib.

Şair, şərqşünas, tarixçi, professor Şahin Fazil biliklərin nəsildən-nəslə ötürülməsində kitabların mühüm rolundan bəhs edib. Şair, publisist Ramiz Qusarçaylı mütaliənin gənclərimiz üçün mayak olduğunu deyib.

Aksiyada müxtəlif başlıqlar altında kitab sərgiləri təşkil olunub. Buradakı kitabların bir qismi aksiyanın sonuna kimi fəal oxuculara hədiyyə ediləcək.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.7.