Oxu, tar” adlı şeir saatı və uşaqlar üçün şənlik

 

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi unudulmaz şair Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuşOxu, tar” adlı şeir saatı təşkil edib.

Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Kitabxananın oxucuları müəllifin “Yadıma düşdü”, “Tar”, “Yenə o bağ olaydı”, “Ana” və “Qızım” şeirlərini söyləyiblər.

* * *

Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları isə “Yay məktəbi” layihəsi çərçivəsində “Nağıllı dünya uşaqların gözü ilə” adlı şənlik keçirib.

1 saylı filialın müdiri Tamam Cəfərova “Dünyanı verək uşaqlaramövzusunda məruzə edib. “Səma” rəqs qrupunun üzvləri rəngarəng rəqslər nümayiş etdirib, balaca oxucular vətənsevərlik ruhlu şeirlər səsləndiriblər.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.7.