Kinorejissor Rasim Ocaqovun
85 illiyinə həsr edilmiş müsabiqə
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
birgə təşkilatçılığı
ilə qısametrajlı
bədii, sənədli
filmlər və fotoşəkil müsabiqəsi
elan edib.
“Şəki, mən
səni sevirəm” adlı müsabiqə görkəmli kinorejissor, Xalq artisti Rasim
Ocaqovun 85 illiyinə həsr edilib.
Müsabiqə iştirakçıları üçün
yaş məhdudiyyəti
yoxdur. Müsabiqəyə istənilən janrda
qısametrajlı bədii,
sənədli filmlər
və fotoşəkillər
qəbul olunur.
Filmlərin müddəti 10 dəqiqədən
çox olmamaq şərtilə DVD diskdə
təqdim olunmalıdır. Həmçinin müəllif müsabiqəyə
filmlə birgə tərcümeyi-halını təqdim
etməlidir. Müsabiqəyə fotoşəkillər CD diskdə
təqdim olunmalıdır.
İştirak etmək istəyənlər
oktyabrın 30-dək Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqına müraciət
edə bilər.
Ən yaxşı qısametrajlı bədii film, ən yaxşı qısametrajlı sənədli
film, ən yaxşı foto
işi nominasiyalarında birinci
və ikinci yerlərin qaliblərinə pul mükafatları təqdim olunacaq.
Mədəniyyət.- 2018.- 29
avqust.- S.10.