Azərbaycanın
kino sənətinə yeni
və fərqli üslub gətirən rejissor
Xalq artisti, Dövlət
mükafatı laureatı Vaqif Mustafayevin 65 illiyinə həsr
olunmuş tədbir keçirilib
Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tanınmış ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova rejissorun ömür yolundan və çoxşaxəli fəaliyyətindən, yaradıcılıq uğurlarından bəhs edib. Qeyd edib ki, Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur. Bildirib ki, Azərbaycan kinosunun tanınmış siması olan Vaqif Mustafayev bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.
Sonra rejissorun “Bəyin oğurlanması” filmindən fraqment təqdim edilib. Filmdə səslənən “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” fikri rejissor sənətinin necə çətin və şərəfli olduğunu göstərir. Tədbir boyu rejissorun iş prosesindən, indiyədək çəkdiyi ekran əsərlərinin kadrarxası məqamlarından bəhs edən fraqmentlər nümayiş etdirilib. Həmin fraqmentlər Vaqif Mustafayev sənətinin böyüklüyünü bir daha göstərir.
Rejissorun filmlərində rol alan məşhur gürcü aktyoru Aftandil Maxaradze gecədə çıxış edərək bildirib ki, Vaqif Mustafayev təkcə Azərbaycanın deyil, regionun görkəmli və sevilən kinorejissorudur. Onun filmlərinə Gürcüstanda baxmayan yoxdur.
Tədbirdə çıxış edən tanınmış gürcü rejissoru Teymuraz Babluani Vaqif Mustafayevin kinematoqrafiya sahəsində xidmətlərindən ətraflı danışıb.
Rejissoru təbrik edən
Türkiyənin Azərbaycandakı səfiri Erkan
Özoral deyib: “Filmin məsuliyyəti də, müvəffəqiyyəti
də hər şeydən əvvəl rejissor
işi ilə bağlıdır. Filmdə aktyor, aktrisa rol alsa da,
film rejissorun adı ilə bağlıdır. Vaqif Mustafayev
Azərbaycanın ən
çətin tarixinə
şahidlik edib və sevilən ekran əsərləri yaradıb. İnanıram ki, rejissor bundan sonra da
eyni cəsarətlə,
sənət ruhu ilə gözəl filmlər çəkəcək”.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vaqif Mustafayevin yaratdığı filmlərin
böyük rəğbətlə
qarşılandığını vurğulayıb: “Vaqif müəllimi çoxdan tanıyıram. Onun sənədli filmləri sırasında 2010-cu ildə
Azərbaycan neftçilərinə
həsr etdiyi 4 seriyalı “Azərbaycanın
neft tarixi” filmi də var. Həmin filmin bir epizodunda mən də iştirak etmişəm. Mən o filmdə rejissor işinin necə çətin bir peşə olduğunun şahidi oldum”.
Mədəniyyət naziri Əbülfəs Qarayev Vaqif Mustafayevin
həyat və yaradıcılığının Azərbaycan mədəniyyətində
özünəməxsus yerini
qeyd edərək bildirib ki, o, Azərbaycana məxsus bir çox xüsusiyyətləri öz
ekran əsərlərində
tamaşaçılara yumorla
təqdim etmək bacarığına malikdir. Vaqif Mustafayevin
çəkdiyi sənədli
filmlərdən danışan
nazir rejissorun Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevdən bəhs edən sənədli filmlərini
xüsusi vurğulayıb.
Sonra mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2018-ci il
1 avqust tarixli sərəncamı ilə
rejissorun təltif edildiyi “Şərəf” ordenini ona təqdim
edib.
Sonda tədbir
iştirakçılarına təşəkkürünü bildirən rejissor indiyədək çəkdiyi
filmlərin kadrarxası
məqamlarından, qarşılaşdığı
maraqlı hadisələrdən
söhbət açıb. Bu sahədə fəaliyyətinin
dövlətimiz tərəfindən
daim qiymətləndirildiyini
xüsusi vurğulayan
Vaqif Mustafayev ona təqdim olunan “Şərəf” ordeninə görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirib.
Qeyd edək ki, kinorejissor
və ssenarist Vaqif Mustafayev
28 avqust 1953-cü ildə
anadan olub. “Bəyin oğurlanması”
(Ceyhun Mirzəyevlə
birgə), “Yaramaz”, “Hər şey yaxşılığa doğru”
və s. bədii filmlərin, çoxsaylı
sənədli ekran əsərlərinin, o cümlədən
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında
12 sənədli filmin
müəllifidir. Avropa
Kino və Televiziya
Akademiyasının üzvüdür.
Mədəniyyət.- 2018.- 31
avqust.- S. 5.