Mədəni fəaliyyətin
innovativ metodları
Mədəniyyət
müəssisələrinin əməkdaşları üçün silsilə seminar-təlimlər
keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən paytaxtdakı mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların müxtəlif ixtisaslı əməkdaşları üçün tematik xarakterli silsilə seminar-təlimlər keçirilib.
Mərkəzdən bildirilib ki, ümumilikdə 26 mədəniyyət müəssisəsindən 200-dən çox əməkdaşın qatıldığı təlimlər İ.Əbilov adına Mədəniyyət mərkəzi, Badamdar qəsəbə Mədəniyyət evi, Binə qəsəbə Mədəniyyət mərkəzi və Şağan Mədəniyyət mərkəzində reallaşıb.
Təlimlər “Mədəniyyət müəssisələrinin fəaliyyətində innovativ metodlardan istifadə”, “Mədəniyyət müəssisələrinin fəaliyyətində bədii özfəaliyyət kollektivlərinin rolu”, “Mədəniyyət işçilərinin hüquqi maarifləndirilməsi və innovativ metodlar” mövzularına həsr olunub.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək sahə üzrə kadrların hazırlanmasında hüquqi maarifləndirmənin əhəmiyyətindən danışıb, mövcud problemlərin həllində müəssisələrin əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbirlər çərçivəsində Elmi-Metodik Mərkəz tərəfindən hazırlanmış metodik vəsaitlərin təqdimatları da keçirilib.
Layihə və təkliflər
sırasında Maştağa qəsəbə
Mədəniyyət mərkəzi, Korgöz
qəsəbə Mədəniyyət evi,
İ.Əbilov adına Mədəniyyət mərkəzi,
Suraxanı rayon Mədəniyyət evi, habelə Zirə qəsəbə Mədəniyyət
mərkəzinin əməkdaşlarının fikirləri
maraqla qarşılanıb. Müzakirə
olunan məsələlər
sırasında xüsusi olaraq
mədəniyyət müəssisələrinin fəaliyyətinə
yeni yanaşma, müasir forma və üsullardan istifadə yolları, sosial populyarlıq, əməkdaşların
peşəkarlığı, məhdud fiziki
imkanlı şəxslərlə işin
təşkili mexanizmi və digər
önəmli mövzular qeyd edilib.
Mədəniyyət.- 2018.- 31
avqust.- S. 6.