Böyük İpək Yolunun
ulduzları
Azərbaycanlı
ifaçı Batumidə keçirilən beynəlxalq
mahnı müsabiqəsində ilk
üçlüyə daxil olub
Xəbər verdiyimiz kimi, Gürcüstanın Qara dəniz sahilindəki Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi müsabiqəsi keçirilib.
Musiqi yarışmasında Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər tarixi İpək Yolu coğrafiyası ölkələrindən 18-35 yaş arasında gənclər iştirak ediblər.
Festivalda iştirakçılar üç mərhələdə mübarizə aparıblar. Onlar əvvəlcə dünya hit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa ediblər.
Azərbaycan təmsilçisi Emiliya Yaqubova “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
Üç turun
nəticələrinə görə, Gürcüstandan
Salome Mirianaşvili,
Qazaxıstandan Miras Juqunusov
və Azərbaycandan Emiliya Yaqubova hərəyə 285 bal
toplayıb. Qalib püşkatma
yolu ilə seçilib.
Mədəniyyət.- 2018.- 31
avqust.- S. 16.