Çölçüfilmi daha bir mükafata layiq görülüb

 

 

 

Çölçüfilmi Avropa, AsiyaAmerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “Vırgın sprıng cınefest 2018” kinofestivalında “Golden galaxy awards” mükafatına layiq görülüb.

Bu barədə məlumat verən filmin rejissoru Şamil Əliyev bildirib ki, təqdimetmə mərasimi noyabrın 29-da Hindistanın Kolkata (Kəlküttə) şəhərində keçirilib.

Yarışmada 70 ölkəni təmsil edən ekran əsərləri iştirak edib.

Çölçüfilmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Ekran əsəri 40-dək beynəlxalq festivalda iştirak edərək mükafatlara layiq görülüb.

Ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.8.