Bu dəfə “Soprano” sənətsevərləri valeh edib

 

 

Noyabrın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Mixail TuretskininSopranoart qrupunun konserti keçirilib.

Tamaşaçıları Azərbaycan dilində salamlayan qrup üzvləri Bakıda ilk dəfə çıxış etdiklərini və izləyicilərə gözəl musiqilər bəxş edəcəklərini bildiriblər. Kollektiv konsertdə peşəkar ifa, müxtəlif janrları əhatə edən rəngarəng proqram, sürprizlərlə zəngin şou təqdim edib.

“Soprano” Mixail Turetskinin unikal vokal layihəsiqadın səslərinin toplusudur. Art qrupda ən yüksəkkoloratur sopranodan ən aşağımezzoyadək fərqli səslərə rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlərklassika, pop, rok, folklor, caz daxildir. Qrup musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

“Soprano” bir sıra beynəlxalq idman tədbirlərininSoçidə keçirilmiş Formula 1 Qran-pri yarışının, hər il keçirilənBirinci kanalın kubokuxokkey turnirinin s. musiqili səfiri olub.

Xatırladaq ki, oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Turetski xorunun – 10 kişi vokalçıdan ibarət məşhur kollektivin konserti anşlaqla keçmişdi.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.8.