Bilik Fondunun “Kinoklub”unda “Nar bağı”nın yaradıcıları ilə
görüş
Bilik Fondunun “Kinoklub”unda Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi və yaradıcı heyətlə görüş təşkil edilib.
Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən tədbirdə rejissor İlqar Nəcəf, baş rolların ifaçıları – Xalq artisti Qurban İsmayılov, aktyor Səmimi Fərhad iştirak ediblər.
Universitetin dosenti, Əməkdar incəsənət xadimi Əli Əmirli tədbiri açaraq “Nar bağı” filminin müxtəlif festivallarda mükafatlara layiq görüldüyünü xatırladıb.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun nəzdində fəaliyyət göstərən “Kinoklub” haqqında məlumat verib və “Mədəni maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin zövqünün və dünyagörüşünün inkişafında rolundan bəhs edib.
Filmin nümayişindən
sonra gənclər təəssüratlarını
bölüşüblər, rejissor və
aktyorlar onları maraqlandıran
sualları cavablandırıblar.
Mədəniyyət.- 2018.- 5
dekabr.- S.7.