Türk xalqlarının musiqisi Avropa paytaxtlarında səslənib

 

TÜRKSOY-un 25 illik yubileyi Paris, Vyana Bratislavada qeyd olunub

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY 25 illik yubileyini silsilə tədbirlərlə qeyd edir. ABŞ, Yaponiya Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illiyi münasibətilə Avropa turnesinə çıxıb. Kollektivin ilk konserti Parisdə, UNESCO-nun baş qərargahında keçirilib.

Konsertdən öncə qurumun baş katibi Düsen Kaseinov çıxış edərək TÜRKSOY-un üzv dövlətlərinin mədəniyyət nazirləri adından tamaşaçıları salamlayıb kamera orkestri haqqında danışıb. Baş katib tədbirin təşkilinə görə UNESCO-nun rəhbərliyinə, Azərbaycanın, Türkiyənin Qazaxıstanın təşkilat yanındakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.

UNESCO-nun  Üzv dövlətlər tərəfdaşlar bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin qorunub saxlanması gələcək nəsillərə ötürülməsi təşkilatın əsas məqsədidir. O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin rolundan danışıb, bu xüsusda TÜRKSOY-un Gənclər Kamera Orkestrinin fəaliyyətini təqdir edib.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan Qırğızıstandan olan gənc ifaçılardan ibarət orkestrin konsert proqramı təqdim edilib.

Azərbaycanlı gənc dirijor Mustafa Mehmandarovun idarə etdiyi konsertdə türk dünyası klassiklərinin əsərləri səsləndirilib. Konsertdə azərbaycanlı Hüseynalı Hüseynalıyev (skripka) Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər. Nuriyyə HüseynovaYar bizə qonaq gələcəkfolklor mahnısını ifa edib. Fikrət ƏmirovunNizaminin xatirəsinəsimli simfoniyası səsləndirilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotosərgi açılıb. Mərasimdə ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin müşaviri Ayaz Qocayev iştirak edib.

* * *

Noyabrın 30-da Avstriya paytaxtının mərkəzində yerləşən zəngin ənənəyə malik Vyana Musiqi Cəmiyyətinin Brams zalında TÜRKSOY-un 25 illiyi münasibətilə konsert proqramı təşkil edilib.

Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, yerli ictimaiyyət təmsilçilərinin musiqisevərlərin iştirak etdikləri konsertdən əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatda təmsil olunan ölkələr adından çıxış edib konsertin ərsəyə gəlməsində dəstəyi olan türkdilli ölkələrin səfirliklərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, orkestr türkdilli ölkələrdə bəstələnən klassik əsərləri dünya ictimaiyyətinə tanıdır. Digər tərəfdən isə bu gənclərin belə bir orkestrdə bir araya gəlməsi onların gələcək sənət yoluna ümumiyyətlə, türkdilli ölkələrin istedadlı gənclərinin yaradıcı ünsiyyətinə töhfədir.

Sonra səhnə TÜRKSOY-un Gənclər Kamera Orkestrinin ixtiyarına verilib.

Orkestr Mustafa Mehmandarovun dirijorluğu ilə türk dünyası klassiklərinin, eləcə Avropa bəstəkarlarının əsərlərini ifa edib. Konsert tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.

Təşkilatın 25 illiyi münasibətilə TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Avropa turnesində sonuncu konserti dekabrın 2-də Slovakiyanın paytaxtı Bratislavada gerçəkləşib. Türkiyə Qazaxıstanın bu ölkədəki səfirliklərinin dəstəyi, Ruznov Mədəniyyət Mərkəzinin ev sahibliyi ilə keçirilən konsert həmçinin TÜRKSOY-un Slovakiyada ilk tədbiri kimi yerli sənətsevərlərdə böyük maraq doğurub.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.1;8.