Uşaq-gənclər xalq
çalğı alətləri orkestrinin
konsert proqramı
Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş tədbirin bədii hissəsində konsert proqramı ilə çıxış edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaradılan orkestr
on ilə yaxındır ki,
fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor
Ağaverdi Paşayevdir.
Daim maraqlı
konsert proqramları ilə çıxış
edən orkestr bu dəfə də dinləyicilərin zövqünü oxşayıb. Solistlər
– beynəlxalq və respublika müsabiqələri
laureatları Murad Allahverdili (ksilofon), İsmayıl Əsədli
(vokal), Ataxan Əliağayev (balaban), Lalə İbrahimova (vokal), Gülarə Ramazanova (kamança), Kamran Səmədov (zurna), Atlas Mehdiyeva (xanəndə), Zakir Allahverdili (qoboy), Əli Məmmədli (saz), Əlipaşa Şahgəldiyev (truba), Mirəli Əlizadə
(tar), Nəzrin Cəfərzadə
(kamança) və “Qala” ritm qrupu
(solistlər Rəşad
Quluzadə, Eldar Yarıyev, Nurlan Allahverdiyev və Qamət Əliyev) öz ifaları ilə tamaşaçıların
rəğbətini qazanıb.
Sonda UNİCEF-in
Azərbaycandakı nümayəndəsi Edvard
Karvadin orkestrin
üzvlərinə gözəl musiqi
axşamına görə öz minnətdarlığını
bildirib və kollektivə təşəkkürnamə
təqdim edib.
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.3.