Uşaq teatrından “Sevgi şimşəyi”

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” adlı yeni tamaşasının Aktyorlar evində premyerası olub.

Rövşən AğayevinBir gecənin nağılı” pyesinin motivləri əsasında səhnələşdirilən tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur.

Komediya janrında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan, bəstəkarı Mahir İbrahim, rəssamı Sevda Məmmədovadır. Rolları teatrın aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər.

Qeyd edək ki, kollektivSevgi şimşəyi” tamaşasını ilk dəfə noyabrın 13-dən 25-dək Türkiyənin Bilecik şəhərində keçirilmiş teatr festivalında təqdim edib.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.5.