Macarıstandan gələn
tanınmış türkoloqlarla görüş
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstandan gələn tanınmış diplomat və türkoloq Janos Hovari və məşhur türkoloq, professor György Hazainin qızı Sesilia Hazai ilə görüşüb.
Fondun fəaliyyəti, gələcək planları barədə məlumat verən Günay Əfəndiyeva türkdilli xalqlarla macarlar arasındakı bağlılıqdan söz açaraq, bu iki xalqın bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib, Macarıstanın müşahidəçi dövlət olaraq Türk Şurasına üzv olmasının əhəmiyyətini qeyd edib.
Professor J.Hovari öz növbəsində Macarıstanda türkologiyanın inkişafı və bu sahədə aparılan bir çox elmi araşdırmalar barədə danışıb.
S.Hazai atasının türkologiya sahəsində gördüyü
işlərdən danışaraq türkdilli
xalqların artıq ona doğma
olduğunu bildirib. O, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu ilə
əməkdaşlığa müsbət
yanaşdığını və professor
G.Hazainin elmi fəaliyyəti
müddətində yaratdığı qiymətli
kitabxananın qapılarını bu quruma açmağa
hazır olduğunu deyib.
Mədəniyyət.- 2018.- 5
dekabr.- S.3.