“Muğamlar və qəzəllər”
Beynəlxalq Muğam Mərkəzində “Dəyirmi masa” adlı layihəyə start verilib. Noyabrın 30-da keçirilən ilk tədbirin mövzusu “Muğamlar və qəzəllər” idi.
Tədbirdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru Tərlan Quliyev, Milli Konservatoriyanın əməkdaşları – Əməkdar müəllim Qəzənfər Abbasov, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışdılar.
Müzakirələr zamanı diqqətə çatdırıldı ki, gənc xanəndələr muğamları tam anlayaraq, onun fəlsəfəsinə bələd olaraq ifa etməli, səsləndirdiyi qəzəlin və muğamın xüsusiyyətlərini başa düşməlidir. Muğam sənətinin sabahı onun məzmunun və fəlsəfəsinin təbliğindədir. Qəzəllərin musiqi ilə, muğamla oxunması onların lirik-fəlsəfi məzmununun bədii, əqli və emosional cəhətdən qavranılmasına, qəzəlin bədii və fəlsəfi məzmununun şərh olunmasına təsir göstərir.
Müzakirələrdən sonra
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov iştirakçılara təşəkkürünü
bildirdi və diqqətə
çatdırdı ki, növbəti “Dəyirmi
masa”da bu
mövzuya bir daha qayıdacağıq.
Mədəniyyət.- 2018.- 5
dekabr.- S.3.