Ali təhsil müəssisələrində kino günlərinin növbəti mərhələsi

 

 

Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşan “Azərbaycan kinosu günləri”nin növbəti mərhələləri 3-6 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, dekabrın 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində keçirilir.

Dekabrın 3-də layihə çərçivəsində ADPU-daBatalyon” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən öncə universitetin prorektoru, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən ali təhsil müəssisələrində bu layihənin həyata keçirilməsi təqdirəlayiqdir. Belə tədbirlər tələbə gənclərin vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir.

Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Ərşadoğlu qeyd edib ki, “Batalyonfilmi dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkilib. Bildirib ki, bu sənədli filmi fərqləndirən başlıca xüsusiyyət onun rejissoru Nizami Abbasın Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı olmasıdır. Filmin əsasında real həyat hadisələri, döyüşlərin iştirakçısı olmuş insanlar dayanır.

Rejissor Nizami Abbas filmin nümayişinin təşkilinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, film haqqında ətraflı məlumat verib.

Sonra ekran əsəri nümayiş etdirilibmaraqla qarşılanıb.

Qeyd edək ki,  “Azərbaycan kinosu günləri”nin keçirilməsində məqsəd gənc nəsli milli kinonun nümunələri ilə, maarifləndirici və vətənpərvərlik mövzularında olan sənədli filmlərlə tanış etməkdir.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.2.