Kitabxanada ədəbi məclislər
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasında “Məcməüş-şüəra” və “Vahid” ədəbi məclislərinin növbəti toplantısı keçirilib.
MKS-nin direktoru Lətifə Məmmədova tədbiri açaraq qonaqları salamlayıb, bu cür ədəbi məclislərin əhəmiyyətini qeyd edib.
“Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan Şahin Fazil məclisə toplanmış şairləri təqdim edib və onların yaradıcılığından söhbət açıb.
“Vahid” ədəbi məclisinin sədri, tanınmış jurnalist Hacı Rafiq İsmayılov təmsil etdiyi məclisin yetirmələri barədə danışıb, onların ədəbi mühitə verdiyi töhfələrlə məclis iştirakçılarını tanış edib.
Məclisdə şeirlər oxunub
və müzakirələr aparılıb.
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.4.