“Sevgilim Sumqayıt”
Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcək. Gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illiyidir.
Teatrın “Sevgilim Sumqayıt” adlı yeni layihəsi də şəhərin yubileyinə həsr olunacaq. Layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, pyesin müəllifi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlidir. Tamaşaya Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verir.
“Sevgilim Sumqayıt” Sumqayıt şəhərinin yaranması, onun ilk sakinlərinin əmək fəaliyyəti, şəhərin dünəni, bu günü və sabahı haqqında təsirli süjet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.
Sumqayıt sakini bir qadının həyatından bəhs edən tamaşada teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar.
“İnanırıq ki,
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş bu layihə
teatrın kollektivindən şəhərimizin
sakinlərinə layiqli yubiley
hədiyyəsi olacaq”, - deyə Mübariz Həmidov
bildirib.
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.7.