Bremen musiqiçiləri” Gənc Tamaşaçılar Teatrının səhnəsində

 

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Y.EtinV.LivanovunBremen musiqiçiləri” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan tamaşanın səhnə tərtibatı Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Rolları aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa ediblər.

Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olub. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hislər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışıb. Tamaşanın dinamikası, aktyor oyunu və xoşbəxt sonluq hər kəsdə xoş hislər oyadıb.

90 illik yubileyini qeyd edən teatr yeni mövsümdə M.Servantesin romanı əsasında səhnələşdirilən “Don Kixot” (quruluşçu rejissor Bəhram Osmanov) tamaşasından sonraBremen musiqiçiləri” ilə ikinci premyerasını təqdim edib.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.7.