Tanınmış şair və publisistin yubileyi qeyd edilib
Dekabrın 5-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) Natəvan
klubunda tanınmış
şair və publisist Əlirza Xələflinin 65 illik yubileyi qeyd edilib.
Tədbiri filologiya elmləri
doktoru, professor Seyfəddin Rzasoy açaraq yubilyarın həyat və yaradıcılığından bəhs edib, onu filosof şair,
istedadlı nasir, kəsərli qələmə
malik publisist kimi xarakterizə edib.
Bildirilib ki, Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya göz açan və məcburi köçkünlük həyatı
yaşayan Əlirza Xələfli əsərlərini
qəlbində Qarabağ
ağrısı ilə
qələmə alır.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, akademik Nizami Cəfərov, dilçi alim, professor Qəzənfər
Kazımov yubilyarın
poeziyası, nəsr əsərləri, publisistikası
barədə fikirlərini
bölüşüblər. Filologiya elmləri doktoru, professor İslam Qəribli “Sənətkarın
həyat və yaradıcılıq fraqmentləri
- son beş il” mövzusunda məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, Ə.Xələflinin indiyədək 40-dan çox
kitabı işıq üzü görüb.
Professorlar Təyyar Salamoğlu,
Himalay Qasımov, Qəzənfər Paşayev,
Mahmud Allahmanlı, Cəbrayıl
Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Arif Fərzəliyev və başqaları çıxış edərək
yubilyara təbriklərini
çatdırıblar.
Sonda tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirən Ə.Xələfli yeni
şeirlərini oxuyub.
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.7.