Musiqi ilə sıx bağlı olan ailədə böyümüşəm”

 

 

Opera müğənnisi Dinara Əliyeva Latviya qəzetinə müsahibə verib

 

Dekabrın 7-də Latviya Dövlət Opera Teatrında nümayiş olunacaq Cakomo Puççininin “Qaranquş” operasında baş rollardan birini azərbaycanlı soprano, Xalq artisti Dinara Əliyeva ifa edəcək.

Konsert öncəsi Latviyanın “Kultūrzīmēs” (“Mədəniyyət işarələri”) qəzetində həmvətənimizlə müsahibə dərc olunub. Dinara Əliyeva ilə müsahibədə onu “Səsi tanrının hədiyyəsi olan müğənni” kimi təqdim ediblər. Yazıda azərbaycanlı sopranonun opera səhnələrindəki uğurları barədə geniş məlumat yer alıb.

Müsahibədən bəzi məqamlar:

 

- Latviya Dövlət Operasında sizTraviata”, “Yevgeni Onegin”, “Trubadurkimi operalarda aparıcı partiyaları ifa etmisiniz. Riqa səhnəsindən ən yaddaqalan məqamlar hansılardır?

- Riqada mən Motsartın “Don Juan” operası ilə debüt etmişəm. O vaxt rejissor Andrey Jaqars məndən soruşdu: “Elviranın partiyasını bilirsənmi?” Cavab verdim ki, yox, amma öyrənəcəyəm! Bu rol mənimçün dönüş oldu, çünki Elviranı növbəti dəfə Motsartın vətəni Vyanada ifa etdim.

 

- Həyatınızın hansı məqamında operaya gəlmək qərarı aldınız?

- Mən musiqi ilə sıx bağlı olan ailədə böyümüşəm. Atam teatrda işləyirdi, onun mükəmməl musiqi duyumu vardı. Anam isə uşaq xorunda çalışırdı. Anamın valideynləri Dağıstanın tanınmış rəqqasları olub.

...Təəssüf ki, mən Azərbaycan dilində yaxşı danışa bilmirəm. Bu dil çox gözəl və axıcıdır. Bakı üçün çox darıxıram. Sonuncu dəfə doğma şəhərimdə 6 il əvvəl, Plasido Dominqo ilə birlikdə olmuşam. Azərbaycan bu gün sürətlə inkişaf edir, o hər gün dəyişir. Bakı gözəlliyi ilə Avropanın ən möhtəşəm şəhərlərindən belə geri qalmır.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.7.