BXA-daMayakfilmi nümayiş olunub

 

 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “QİÇS- mübarizə günü”nə (1 dekabr) həsr olunmuş “Biz sağlam həyat tərzini seçirikmövzusunda seminar keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin Respublika QİÇS- Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarıpolkovnik İlhamə Qafarova, mayor Kəmalə Ələkbərova, QİÇS-i törədən zərərli vərdiş həyat tərzi mövzusunda çəkilmişMayakfilminin yaradıcı heyətindən Xalq artisti Məmməd Səfa, ssenari müəllifi Esmira Əyyub, BXA-nın müəllim tələbələri iştirak ediblər.

BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələsgər Aslanov “QİÇS- mübarizə günü”nün tarixi, bu virusların törətdiyi xəstəliklərin ağır  nəticələri haqqında məlumat verib. Həkim Dilşad Mahmudova QİÇS-in xüsusilə narkomaniya vasitəsilə yayıldığını qeyd edərək gəncləri sağlamlıqlarını qorumağa, bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib. Mayor Kəmalə Ələkbərova QİÇS insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında qanunların mühüm müddəalarını diqqətə çatdırıb.

BXA-nın Elm yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova çıxış edərək gəncləri qeyri-sağlam vərdiş hərəkətlərdən uzaq olmağa çağırıb.

Mövzu ətrafında müzakirələrdən sonraMayak” qısametrajlı bədii filmi (rejissor Fariz Əhmədov) nümayiş etdirilib. Narkoman ər, onun ikinci həyat yoldaşı və ögey oğlunun həyat konfliktindən bəhs edən film Mədəniyyət Nazirliyinin keçirdiyiBu meydan, bu ekran” (2011) müsabiqəsinin qalib layihələrindən biri kimi ekranlaşdırılıb.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.5.