“Rusiyanın dahi adları” arasında bir azərbaycanlı

 

 

Surqut şəhərinin aeroportu Fərman Salmanovun adını daşıyacaq

 

Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı – Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq. Bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair keçirilən səsvermənin nəticələrinə əsasən məlum olub.

Rusiya Federasiyasının İctimai Palatası, Rusiyanın Dilçilik, Coğrafiya, Tarix və Hərbi-Tarix cəmiyyətlərinin birgə layihəsi üzrə reallaşan, “Bir səs – bir aeroportbir adprinsipi üzrə keçirilən səsvermədə beş milyona yaxın rusiyalı iştirak edib.

Səsvermə ictimai kampaniyanın saytında, sosial şəbəkələrdə, həmçinin “qaynar xətt” və hava limanlarında, dəmir yolu vağzallarında könüllülər tərəfindən anket-sorğu vasitəsilə aparılıb. Nəticələr dekabrın 4-də elan olunub.

Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportuNijnevartovskSurqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda yarışırdı. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb. Nijnevartovsk hava limanı üçün ad seçimi layihənin ikinci turunda davam edəcək.

Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1931-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Burada ilk dəfə Yuqra yatağını kəşf edib.

Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, “Lenin” Qırmızı Əmək Bayrağıordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi. 2007-ci ildə vəfat edib.

Rusiyanın dahi adlarılayihəsi üzrə səsvermənin nəticələrinə əsasən, Moskvanın Şeremetyevo aeroportu böyük rus şairi Aleksandr Puşkinin, Domodedovo hava limanı isə məşhur alim Mixail Lomonosovun adını daşıyacaq. Digər şəhərlərdəki bir sıra hava limanları üzrə birinciliyi tanınmış ədəbiyyat, mədəniyyət xadimləri qazanıb: Krasnoyarsk – Dmitri Xvorostovski (bu şəhərdə doğulmuş məşhur opera müğənnisi 2017-ci ildə vəfat edib); Yujno-Saxalinsk – Anton Çexov; Kazan – Qabdulla Tukay (tatar şairi); Ufa – Mustay Kərim (başqırd şairi yazıçısı); Maqadan – Vladimir Vısotski; Mineralnıye VodıMixail Lermontov; Anadır – Yuri Rıtxeu (çukot yazıçısı).

Qeyd edək ki, dünyada 200-dən çox aeroport, o cümlədən sərnişin axını üzrə “top 20”yə daxil olan ən böyük hava limanları (Paris – Şarl de Qoll, Nyu-York – Con Kennedi, Roma – Leonardo da Vinçi, Dehliİndira Qandi, İstanbulAtatürk s.) bir çoxu məşhur adamların adını daşıyır.

Rusiyanın dahi adlarısəsverməsinin nəticələri üzrə hava limanlarına yeni adların verilməsi Prezident Vladimir Putinin müvafiq qərarından sonra rəsmiləşəcək.

 

V.ORXAN

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.6.