Avrasiya Kitabxanalar Assambleyasının iclası
keçirilib
Rusiya Dövlət
Kitabxanasında Avrasiya
Kitabxanalar Assambleyasının
növbəti, 21-ci ümumi
iclası olub. Dekabrın
5-də keçirilən tədbirdə
ölkəmizi M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının direktoru, Avrasiya Kitabxanalar Assambleyasının
vitse-prezidenti, professor Kərim Tahirov təmsil edib.
İclasda assambleyanın cari
fəaliyyəti, eləcə
də yaxın iki il üçün irəli sürülən təşəbbüslər
müzakirə olunub.
İclasın gündəliyinə əsasən, MDB-yə üzv dövlətlərin
milli kitabxanalarının
əsas istiqamətlər
üzrə birgə fəaliyyət strategiyası,
vahid biliklər mühitinin qurulması, fondların formalaşdırılması
və inkişafı,
kitab abidələri ilə iş, kütləvi kitabxanalar şəbəkəsinin inkişafı,
professional tədris proqramlarının
işlənməsi istiqamətləri
üzrə müzakirələr
aparılıb. Müzakirə olunmuş strategiya üzrə təkliflər
formalaşdırılıb. Sonda
2019-2022-ci illər üçün
Avrasiya Kitabxanalar Assambleyasının baş
direktoru vəzifəsinə
seçkilər keçirilib,
XXII ümumi iclasın
keçirilmə yeri və vaxtı müəyyənləşdirilib. 2019-cu ilin MDB-də
“Kitab ili” elan edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin MDB-yə üzv
ölkələrin kitabxanalararası abonement
üzrə bölməsinin 9-cu yığıncağı keçirilib. Yığıncaqda səlahiyyətli
nümayəndələrin siyahısı, 2019-cu il üçün
bölmənin tədbirlər planı təsdiq olunmaqla hesabatına baxılıb.
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.3.