Gənclərin 90 yaşlı mütaliə
ünvanı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yubiley mərasimi keçirildi
Dekabrın
5-də Azərbaycan Dövlət Musiqili Teatrında Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
90 illik yubileyi qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində kitab sərgisi ilə tanış oldular.
Yubiley mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə kitabxana sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Nazir kitabxananın əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edərək Prezident İlham Əliyevin Respublika Gənclər Kitabxanası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 4 dekabr 2018-ci il tarixli sərəncamını diqqətə çatdırdı.
Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycanda kitabxana işinə dövlət tərəfindən hər zaman diqqət olub və bu gün də var: “Ümummilli lider Heydər Əliyev gənclərimizin savadlı, zəngin dünyagörüşünə malik olmasına böyük önəm verirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika Gənclər Kitabxanasının əməkdaşlarının təltif olunması da bu diqqət və qayğının göstəricisidir. Nazir qeyd etdi ki, ölkəmizdə fəaliyyət göstərən kitabxana şəbəkələri təkmilləşir, inkişaf edir və maddi-texniki imkanları yaxşılaşdırılır, beynəlxalq əməkdaşlığı genişlənir. Bu sahədə görülən işlərə Respublika Gənclər Kitabxanası da öz töhfəsini verir”.
Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycanda kitabxana işinə dövlət tərəfindən hər zaman diqqət olub və bu gün də var: “Ümummilli lider Heydər Əliyev gənclərimizin savadlı, zəngin dünyagörüşünə malik olmasına böyük önəm verirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika Gənclər Kitabxanası əməkdaşlarının təltif olunması da bu diqqət və qayğının göstəricisidir. Ölkəmizdə fəaliyyət göstərən kitabxana şəbəkələri təkmilləşir, inkişaf edir və maddi-texniki imkanları yaxşılaşdırılır, beynəlxalq əməkdaşlığı genişlənir. Bu sahədə görülən işlərə Respublika Gənclər Kitabxanası da öz töhfəsini verir”.
Nazir bildirdi ki, Respublika Gənclər Kitabxanası ölkəmizin qabaqcıl kitabxanalarından biri kimi uğurla fəaliyyət göstərir. Burada bir sıra təlim kursları təşkil edilir, yeni layihələr reallaşdırılır: “Gənclər kitabxanasının 90 illiyinin qeyd edilməsi kitabsevərlər üçün əsl bayramdır. Gənclərdə mütaliəyə marağın formalaşdırılmasını, onlarda kitaba marağın yaradılmasını qarşısına məqsəd qoyan kitabxana yeni nəslin bilik və dünyagörüşünün artırılmasında böyük rol oynayır. Kitabxana eyni zamanda bir çox ictimai qurumlarla əlaqələr qurur, gənclər üçün faydalı layihələr gerçəkləşdirir. İnanıram ki, Respublika Gənclər Kitabxanası mütərəqqi ənənələrini qorumaqla gələcəkdə daha geniş spektrdə fəaliyyət göstərəcək”.
Sonra kitabxananın bir sıra əməkdaşlarına Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olundu.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova da çıxışında dövlət başçısı tərəfindən kitabxana işinə göstərilən diqqətdən söz açdı. Bildirdi ki, ölkəmizdə kitabxanaçılıq sahəsi inkişaf edir, bu istiqamətdə yeni layihələr reallaşdırılır və yeni üfüqlər açılır: “Kitabxana bəşəriyyətin mədəniyyət və elm xəzinəsidir. 90 illik yubiley münasibətilə Respublika Gənclər Kitabxanasının bütün kollektivini təbrik edirəm”.
Kitabxananın direktoru Oruc Quliyev rəhbəri olduğu qurumun tarixinə nəzər saldı. Bildirdi ki, Gənclər kitabxanası böyük inkişaf yolu keçib və Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, onun vətənpərvərlik ruhunda tərbiyəsi yolunda xidmətlər göstərib.
Kitabxananın fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən direktor bundan sonra da yorulmadan çalışacaqlarını vurğuladı.
Milli Məclisin deputatı Fazil Mustafa çıxışında kitabxananın gənclərin tərbiyəsində, asudə vaxtlarının səmərəli təşkilindəki fəaliyyətindən danışdı.
Tədbir daha sonra konsert
proqramı ilə davam etdi.
F.HÜSEYNOV
Mədəniyyət.- 2018.- 7
dekabr.- S.3.