Siz bizim fəxrimizsiniz”

 

 

Prezident Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Dekabrın 5-də dövlət başçısı ordeni yubilyar sənətkara təqdim edib.

Prezident 1-ci dərəcəli “Əmək” ordeninin müxtəlif sahələrdə görkəmli xidmətlərə görə verildiyini, Tahir Salahovun müasir təsviri incəsənətin inkişafında rolunun bütün xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyib: Siz bizim fəxrimizsiniz, Azərbaycan xalqının görkəmli oğlusunuz, siz həmişə öz sənətinizlə Vətənə sədaqətlə xidmət etmisiniz, Azərbaycanı, xalqımızın istedadını, bizim incəsənətimizi təbliğ etmisiniz, bizi bütün dünyada təmsil edirdinizedirsiniz”.

1998-ci ildə ulu öndər Heydər Əliyevin Tahir Salahovuİstiqlalordeni ilə təltif etdiyini bildirən dövlət başçısı 2008-ci ildə sənətkara Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordenini və 2015-ci ildə isə Heydər Əliyev Mükafatını təqdim etdiyini vurğulayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman öz işini sevən, qeyri-adi, istedadlı bir şəxsiyyət olduğunu deyən Tahir Salahov həyat yolunda onunla dostluq münasibətlərindən böyük xoşbəxtlik duyduğunu söyləyib. Rəssam Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə həmişə böyük qayğı və diqqət göstərdiyini vurğulayıb və onun sənətinə verdiyi yüksək qiymətə və mükafata görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.1.