Şəmkirdə yubiley tədbiri

 

 

 

Xalq artisti Gülxar Həsənovanın 100 illiyi münasibətilə doğma yurdu Şəmkirdə təntənəli tədbir keçirilib. Tədbir Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Xalq artisti Mehriban Zəkinin aparıcılığı ilə keçirilən tədbirdə muğam və mahnılar dinlənilib. Gülxar Həsənovanın Azərbaycan opera səhnəsində unudulmaz obrazlar yaratması barədə ətraflı məlumat verilib. Sənətkarın gənc opera solistlərinin hazırlanmasında təqdirəlayiq xidmətlərinin olduğu vurğulanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamının əhəmiyyətini vurğulayaraq bunun dövlətimizin sənətə və sənətkara diqqətinin nümunəsi olduğunu deyib.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.4.