Gələcəyin ulduzları
Beynəlxalq Muğam Mərkəzində “Future Stars” (“Gələcəyin ulduzları”) adlı IX Beynəlxalq klassik musiqi festivalı qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.
Mərasimdə festivalın Azərbaycan tərəfdən təşkilatçısı, Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən təşkilatçı, Gürcüstanın İncəsənət Xadimləri Birliyinin rəhbəri Nino Kupatadze çıxış ediblər. Onlar uğur qazanan gənc ifaçıların gələcəkdə müxtəlif beynəlxalq müsabiqələrdə ölkələrini uğurla təmsil edə biləcəklərinə əmin olduqlarını vurğulayıblar.
Sonra qaliblərə
festivalın diplomları
təqdim edilib. Azərbaycandan Məhəmmədəli Paşazadə
(klarnet) və Gürcüstandan Tsotne Sidamonidze (fortepiano) festivalın
“Qran-pri” mükafatına
layiq görülüblər.
Sonda qaliblərin
iştirakı ilə
yekun konsert olub.
Qeyd edək ki,
dekabrın 6-dan 9-dək davam edən festival Bülbül
adına Orta ixtisas musiqi məktəbi və Gürcüstanın
İncəsənət Xadimləri Birliyinin
birgə təşkilatçılığı ilə keçirilib. Festivalda Azərbaycandan
53, Gürcüstandan 23, İrandan
4 gənc iştirak edib.
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.5.