Smolenskdən azərbaycanlı
musiqiçilərlə bağlı təşəkkür məktubu
Smolensk Vilayət Filarmoniyasının direktoru Olqa Saxarova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarəçiliyi ilə filarmoniyanın kamera orkestrinin və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) konsertin təşkilinə verdiyi dəstəyə görə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu göndərib.
Məktubda vurğulanır ki, dirijor Əyyub Quliyevin məharəti və musiqiyə yanaşma tərzi, Səidə Tağızadənin
royalda virtuoz ifası
ilə müşayiət olunan, Azərbaycan,
italyan və rus bəstəkarlarının
əsərlərinin səsləndiyi konsert
tamaşaçılarda böyük maraq doğurub: “Azərbaycan
bəstəkarları Üzeyir Hacıbəyli,
Qara Qarayev, Fikrət
Əmirov, Niyazi, Vaqif
Mustafazadə və Fərhad Bədəlbəylinin əsərləri
Smolenskdə ilk dəfə ifa olunub. Vilayətimizin mədəni
həyatında əlamətdar hadisə olan
tədbirin bütün təşkilatçılarına
təşəkkür edirik”.
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.5.