Gənc Tamaşaçılar
Teatrının əməkdaşları təltif olunub
Prezident İlham Əliyev dekabrın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və ölkəmizdə teatr sənətinin inkişafında xidmətlərinə görə teatrın əməkdaşlarının təltif olunması barədə sərəncamlar imzalayıb.
Gənc Tamaşaçılar Teatrının əməkdaşlarından Lətifə Əliyeva və Nübar Novruzovaya “Xalq artisti” fəxri adı, Mehriban Abdullayeva, İlham Əsədov, Elnur Hüseynov və Güşvər Şərifovaya “Əməkdar artist”, Rafiq Rəhimliyə “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.
Teatrın rejissoru, Xalq artisti Vaqif Əsədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Həmçinin Xalq artisti Tariel Qasımov
3-cü dərəcəli “Əmək” ordeni
ilə, Məsumə Babayeva, Sona Babayeva, Rahib Əliyev, İsa
Əsədov, Kəmalə Hüseynova və
Ələsgər Muradxanlı “Tərəqqi” medalı ilə
təltif olunublar.
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.2.