İblis” Türkiyədə tamaşaya qoyulur

 

 

 

Azərbaycanın böyük şairidramaturqu Hüseyn Cavidinİblis” əsəri yaxın aylarda İstanbulda teatrsevərlərə təqdim olunacaq.

Hüseyn Cavidin anadan olmasının 135, “İblis” əsərinin yazılmasının 100 illiyi şərəfinə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında səhnələşdirilən tamaşanın məşqləri davam edir.

İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktor müavini, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın quruluş verdiyi tamaşanın baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, musiqi tərtibatçısı, Xalq artisti Aygün Səmədzadədir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduİblisin səhnələşdirilməsinə dəstək göstərir.

Əsərin mətnini müasir türk dilinə görkəmli dramaturq Hilmi Zəfər Şahin və Məlahət Abbasova uyğunlaşdırıblar. Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi, Əmrə Narcı, Mazlum Kiper, İsgəndər Bağçılar, Çağatay Palabıyık və başqaları tamaşada rol alıblar.

Hüseyn Cavid yaradıcılığına qardaş Türkiyədə hər zaman böyük diqqət göstərildiyini qeyd edən Məlahət Abbasova bildirib ki, tamaşanın premyerası 2019-cu ilin birinci rübünə planlaşdırılıb.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.5.