Böyük sənət xiridarı

 

 

Bəstəkarlar İttifaqında ulu öndərin xatirəsi yad edildi

 

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr edilən musiqili mərasim keçirildi.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək ulu öndərin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında və dünyada tanınmasında əvəzsiz xidmətlərindən söz açdı. Bildirdi ki, ümummilli lider dərin  köklərə malik milli musiqimizin gözəl bilicisi idi. Görkəmli sənət adamlarınınbəstəkarların, ifaçıların musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, fəxri adlar, orden medallarla təltif olunması Heydər Əliyevin adı ilə bağlıdır.

Firəngiz Əlizadə qeyd etdi ki, dahi şəxsiyyətin görkəmli bəstəkarlar Qara Qarayev Fikrət Əmirovla çox səmimi münasibətləri var idi. Bu diqqət respublikamızdan kənarda da özünü göstərirdi. Fikrət Əmirov SSRİ Dövlət mükafatına layiq görülmüşdü.  Bu münasibətlə onun Kreml Sarayında “Min bir gecəbaleti  nümayiş etdirilirdi. Tamaşa öncəsi hamı bir-birindən soruşurdu. Görəsən, Heydər Əliyev gələcək?” Yadımdadır, bir dəfə o, musiqiçilərə belə bir sualla müraciət etdi: “Doğrudanmı, Çaykovski Vaqnerin simfonik musiqisini qəbul edərək onun operada qüsurları olduğunu söyləyib?” Heydər Əliyevin sualını məşhur musiqişünas alim Elmira Abbasova cavablandırdı. Bu, Heydər Əliyevin musiqi sənəti ilə bağlı ən incə mətləbləri dərindən bilməsinə dəlalət edirdi...

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar FərəcovHeydər Əliyevə həsr olunmuş musiqi əsərlərinin janr təsnifatımövzusunda çıxış etdi. Bildirdi ki, respublikamızın bir çox görkəmli sənət adamı ulu öndərin fədakarlığından ilham alaraq maraqlı əsərlər yazıb. Sərdar Fərəcov Heydər Əliyevə ithaf olunmuş əsərlərdən Cövdət HacıyevinOnu zaman seçib”, Arif MəlikovunƏbədiyyətsimfoniyaları, Vasif AdıgözəlovunAzərbaycankantatası, Tofiq BakıxanovunXatirəpoeması, Firəngiz Əlizadəninİthafəsəri, Ramiz MustafayevinAtamız Heydər özünün müəllifi olduğuBöyük vətəndaş haqqındaodaları, Vasif Allahverdiyevin  Ömür yolusimfonik poeması digər nümunələri qeyd etdi.

Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi, professor İmruz ƏfəndiyevaOqtay RəcəbovunHeydəroratoriyasının üslub xüsusiyyətləri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə HəsənovaHeydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının inkişafı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım ƏliyevaHeydər Əliyev müstəqillik illərində Azərbaycan musiqisimövzusunda çıxış etdilər.

Çıxışlardan sonra Azərbaycan Televiziyası RadiosununBənövşəUşaq xorunun ifasında Xalq artisti Musa MirzəyevinMinnətdarlıq”, Əməkdar incəsənət xadimi Əfsər CavanşirovunHeydər babamızmahnıları, Niyazi adına Simfonik orkestr C.Cahangirov adına xorun ifasında Oqtay RəcəbovunHeydəroratoriyası səsləndirildi.

Çıxışlar alqışlarla qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.3.