“Kinoklub”da növbəti görüş
Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar sosial aksiya olaraq milli və dünya kino incilərini tamaşaçılara daha da yaxından tanıtmaq, eləcə də yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış “Kinoklub”un növbəti tədbiri keçirilib.
Tədbirdə Azərbaycan
Yazıçılar Birliyi Gənclər
Şurasının sədri, ssenarist, şair Elşad
Ərşadoğlu tanınmış macar
rejissoru İldiko Enyedinin 2017-ci ildə çəkdiyi və bir çox festivalların
qalibi olmuş, 67-ci Berlin Beynəlxalq Film
Festivalında “Qızıl ayı” mükafatı
qazanmış “Bədən və ruh” bədii
filmi haqqında
tamaşaçılara məlumat verib. Daha sonra film
nümayiş olunub və
maraqla qarşılanıb.
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.7.